Rusiyaya gedən azərbaycanlılar azalıb - Statistika

16:17 - 14.02.2020


14 fevral, Fineko/abc.az. 2019-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 21,5 faiz artaraq 433,7 min nəfər olub.

ABC.AZ Dövlət Statistika Komitəsi 2020-ci ilin yanvar ayı üçün açıqladığı turizm statistikasına istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 38,1 faizi İrana, 29,9 faizi Gürcüstana, 16,8 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 1,1 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,4 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 67,4 faizini kişilər, 32,6 faizini qadınlar təşkil edib.

Qeyd edək ki, sözügedən dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,2 faiz, Gürcüstana gedənlərin sayı 29,9 faiz, Türkiyəyə gedənlərin sayı 15,9 faiz artmış, Rusiyaya gedənlərin sayı isə 2,1 faiz azalıb.

 

 

Bütün xəbərlər