Bakı-Sumqayıt yolunda aparılan tikintinin təfərrüatları məlum olub - “Ekologiya postu” söküləcək

10:49 - 17.02.2020


17 fevral, Fineko/abc.az. Hazırda tikinti və yenidənqurma işləri aparılan Bakı-Sumqayıt yolunda görüləcək işlərin təfərrüatları məlum olub.

ABC.AZ xəbər verir ki, sözügedən yolda Sumqayıtdan Bakı istiqamətinə olan yolun iki zolağının genişləndirilməsi ilə əlaqədar ərazidə olan "Ekologiya postu" söküləcək və ona yaxın yerdə daha müasiri formada yenisi tikiləcək.

Yol genişləndirilərkən Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Atıcılıq Mərkəzinin yaxınlığından "xarici dairəvi" yolun altından keçməklə Şərifzadə küçəsinə çıxan yeni tunel tipli yol da tikiləcək. Həmin tunel vasitəsilə nəqliyyat vasitələri Alatava istiqamətindən ''20 yanvar'' dairəsinə və Şərifzadə küçəsi ilə şəhərin digər istiqamətinə hərəkət edəcəklər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər