Könüllü sığorta növlərindəki azalmanın səbəbi nədir? – Səbəbi ekspert izah etdi

11:10 - 17.02.2020


17 fevral, Fineko/abc.az. Bildiyiniz kiimi sığorta bazarında şirkətlərin sığorta haqqı toplamasında könüllü sığorta növlərində azalma olub.

Belə ki, 2019-cu ildə Azərbaycanda könüllü sığorta növlərinin hesabına 456 milyon 604 min manat sığorta haqqı toplanılıb. Bu isə 2018-ci illə müqayisədə 14,8% azdır.

Bəs görəsən belə böyük həcmli azalma nə ilə əlaqədardır. Bu sualla sığorta üzrə ekspert Xəyal Məmmədxanlıya müraciət etdik.

Ekspert ABC.AZ-a bildirdi ki, əslində bu fərq daha çox olmalı idi.

X.Məmmədxanlının sözlərinə görə, ümumi yığımlar 6,4 faiz azalmış kimi görsənir və bu da könüllü sığortaların payına düşür: “Onun da içərisində böyük pay həyatın yığım sığortasına düşür. Azalmanın əsas səbəblərində biri keçən il həyat sığortası ilə veruilmiş qərardır. Məhz həmin qərardan sonra həyatın yığım sığortaları azalmağa başladı. Hətta ümumi məbləğq 50-60 milyon manat azalmış oldu. Ancaq digər könüllü sığorta növlərindəki artım bu fərqi azaltdı. Yəni bunun könüllü sığorta növlərindəki azalmanın bircə səbəbi var, o da həyatın yığım sığortalarının azalmasıdır”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər