Bankların gəlirliliyi artıb – 600 milyon matana yaxın qazanc olub

11:25 - 17.02.2020


17 fevral, Fineko/abc.az. 2019-cu ildə Azərbaycanın bank sektoru 536,9 milyon manat xalis mənfəət əldə edib.

ABC.AZ Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, bu da yerli bankların 2019-cu il yanvarın 1-nə malik olduğu 32.722,8 milyon manat məbləğində aktivlərin 1,64 faizi qədərdir.

Qeyd edək ki, 2018-ci ildə bank sektoru 279,4 milyon manat və yaxud ötən il yanvarın 1-nə malik olduğu 29.502,4 milyon manat məbləğində aktivlərin 0,95 faizi qədər xalis mənfəət əldə etmişdi. Göründüyü kimi, sektorun aktivlərinin gəlirliliyi 0,69 faiz bəndi artıb.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər