Bu yol da yenidən qurulur – 40 kilometrdir

12:37 - 17.02.2020


17 fevral, Fineko/abc.az. Balakən rayonunda uzunluğu 39.2 km olan Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa kəndlərarası avtomobil yolunun yenidən qurulmasına başlanılıb.

ABC.AZ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, avtomobil sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.

Hazırda yol boyu deformasiyaya uğramış hissələr bərpa olunur. Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınır, zəruri olan yerlərdə yeniləri qurulur. Yol əsası hazır olan hissələrin isə asfaltlanması işləri aparılacaq.

Qeyd edək ki, işlərin bu il ərzində yekunlaşdırılması planlaşıdırlır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər