Əmlakın könüllü sığortası da azalıb - 8 milyon manat

14:39 - 17.02.2020


17 fevral, Fineko/abc.az. 2019 cu ilin yekunlarına görə sığorta bazarının yığımları 6,4% azalıb.

ABC.AZ azalma ilə bağlı sığorta üzrə ekspert Xəyal Məmmədxanlının fikirlərini öyrənib. Ekspert bildirib ki, 2019-cu ilin əvvəlindən etibarən bazarda müşahidə olunan azalma ilin sonuna doğru da xeyli azalıb və yekun nəticələrdə də özünü biruzə verib.

Onun sözlərinə görə, sığorta haqlarının siniflər üzrə bölgüsünə baxsaq, görəcəyik ki, bu azalma könüllü sığorta növlərinin, daha doğrusu könüllü sığorta növlərindən birinin - həyatın yaşam sığortasının payına düşür: “Belə ki, 2018 ci ildə bu sığorta növü üzrə 254 milyon manat sığorta haqqı toplanmışdısa, 2019 ci ildə həmin rəqəm 88 milyon manat, yəni 34 % azalaraq 166 milyon manat təşkil edib. Bu azalmanın səbəbi həyatın yaşam sığortası ilə bağlı qanunvericilikdə nəzərdə tutulan vergi və sosial sığorta imtiyazlarının azaldılması, dolayısı ilə həmin sığorta növünə marağın və rəqəmlərin azalması oldu. Digər könüllü sığortalar arasında azalmanın müşahidə olunduğu növbəti sığorta növü əmlakın könüllü sığortası olub ki, bu sığorta növündə də 2018- ci ilə nisbətən 8 milyon manatlıq azalma nəzərə çarpır. Qalan sığorta növlərində isə ya demək olar ki, rəqəmlər dəyişməyib və ya cüzi artma-azalma müşahidə olunur”.

Müəllif: Elmir Murad

 

 

 

Bütün xəbərlər