330x110
 

AG Bank ASC-nin səhmdarları toplanacaq - Müşahidə Şurasının tərkibinin təsdiqi üçün

17.02.2020,16:07


17 fevral, Fineko/abc.az. “AG Bank” ASC-nin səhmdarlarının Ümumi Yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, toplantının aprelin 3-də saat 10.00-da bankın Cəlil Məmmədquluzadə küç. 102A ünvanında yerləşən binasında keçirilməsi planlaşdırılır. Yığıncaqda  İdarə Heyətinin 2019-cu il üzrə hesabatı,  Audit Komitəsinin hesabatı, bankın maliyyə nəticələrinin təsdiq edilməsi, Müşahidə Şurasının tərkibinin təsdiqi və İdarə Heyətinin tərkibinin təsdiqi müzakirı olunacaq.