AÇG üzrə bonusun 450 milyon dollarlıq üçüncü hissəsi Neft Fonduna ödənilib

17:25 - 17.02.2020


17 fevral, Fineko/abc.az.  “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə uzadılmış saziş çərçivəsində xarici investorlar tərəfindən ümumi bonusun üçüncü hissəsi - 450 milyon dollar bu il yanvarın 7-də Azərbaycan Respublikası Dövlət Neft Fonduna ödənilib.

Bu barədə  Dövlət Neft Fondunun İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Qeyd edək ki, ümumi bonusun ilk 2 hissəsi - hər biri 450 milyon dollar olmaqla 2018-ci və 2019-cu illərdə Neft Fonduna ödənilib.

Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2017-ci il sentyabrın 14-də imzalanan Sazişə əsasən, xarici investorlar tərəfindən 2018-2025-ci illər ərzində ölkəmizə ümumilikdə 3,6 milyard dollar ödənilməsi nəzərdə tutulur.

© Azertag.az

 

Bütün xəbərlər