Neftin qiyməti aşağı enir, “Azeri Light” 0,45% ucuzlaşıb

10:14 - 18.02.2020


18 fevral, Fineko/abc.az. Neft qiymətləri, çərşənbə axşamı ticarətində azalmaqdadır.

Fevralın 17-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in aprel fyuçersi  $0,35 (0,61%) artıb bir barelə $57,67 təşkil etmişdir. “Brenti”in aprelin fyuçers qiyməti saat 9:30-da $0,65 (1,13%) azalıb bir barelə $57,02 təşkil etmişdir.

Bazar ertəsi, fevralın 17-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “Prezidentlər günü” bayramı ilə əlaqədar ticarət keçirilməmişdir. WTI-in mart üçün fyuçers qiyməti saat 9:30-da $0,40 (0,77%) azalıb bir barelə $51,65  təşkil etmişdir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $0,28 (0,45%) azalıb bir barelə $61,26 təşkil edib.

 

Bütün xəbərlər