330x100
 

Aqrolizinq ASC-də ciddi nöqsanlar aşkarlandı - Avadanlıqlar təyinatı üzrə istifadə olunmayıb

18.02.2020,10:37


18 fevral, Fineko/abc.az. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2019-cu il üçün təsdiq olunmuş İş Planına uyğun olaraq Xidmətin mərkəzi aparatı tərəfindən ötən il 13 büdcə təşkilatına və nəzarət zərfi dövlətə məxsus bir səhmdar cəmiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.

Yoxlama zamanı 4 büdcə təşkilatının maliyyə-təsərrüfat fəaliyyəti təftiş edilib, eləcə də regional maliyyə müfəttişlikləri tərəfindən bir neçə şəhər və rayonlarda fəaliyyət göstərən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib.

 ABC.AZ nazirliyə istinadən xəbər verir ki, aparılan nəzarət tədbirləri ilə aşkar olunan 26291,9 min manat məbləğində artıq və əsassız ödənişlərin 14964,9 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.

Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin 2017-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayına qədər fəaliyyət dövrünü əhatə edən yoxlama ilə ciddi nöqsanlara yol verildiyi, 2006-2019-cu illərdə lizinqə verilmiş kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq və damazlıq heyvanlar üzrə gecikdirilmiş borcların yarandığı, kənd təsərrüfatı məhsulları istehsalçılarının sifarişləri əsasında alınmış texnoloji avadanlıqların dəyərinin sifarişçilər tərəfindən ödənilmədiyindən anbarlarda saxlanaraq təyinatı üzrə istifadə edilmədiyi aşkar edilib.

Müəllif: Elmir Murad