330x110
 

Azər Türk Bank daha əlçatan məhsul və xidmətlər təklif etməkdədir - Rauf Ağayev

18.02.2020,11:24


18 fevral, Fineko/abc.az. Ötən il Azər Türk Bankın kredit portfelinin həcmi 178,4 milyon manat səviyyəsində olub.

Bunu ABC.AZ-ın suallarını cavablandıran Bankın mətbuat katibi Rauf Ağayev deyib.

O qeyd edib ki, təmsil etdiyi Bank ötən il ərzində 55,5 milyon manat həcmində istehlak kreditləri, 61,8 milyon manat həcmində biznes kreditləri, 69,1 milyon manat həcmində daşınmaz əmlak kreditləri verib.

Mətbuat katibi Bankın biznes kreditlərinin artırılması istiqamətində atdığı addımlara da toxunub: “Bu istiqamətdə Bankımız əhəmiyyətli işlər görür. Maliyyə ehtiyaclarının ödənilməsində korporativ müştərilərə yardımçı olan Azər Türk Bank yeni və daha əlçatan məhsul və xidmətlər təklif etməkdədir. Bu yaxınlarda Bank əlverişli şərtlərlə “Faktorinq” kredit xətti məhsulunu korporativ müştərilərin ixtiyarına verib. Yeni kredit xətti məhsulunun tətbiqi müştərilərin öz dövriyyə vəsaitlərindən rahat və rasional istifadəsi, biznesin davamlı inkişaf etdirilməsində Bank tərəfindən onlara dəstək məqsədini daşıyır”.

Müəllif:Elmir Murad