330x110
 

Zərgərlik sahəsində keyfiyyətə nəzarətin yoxluğu iqtisadi itkilərə gətirib çıxara bilər - Zakir İbrahimov

18.02.2020,11:55


18 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar" mövzusunda Bakıda sahibkarlarla görüş keçirilib.

ABC.AZ xəbər verir ki, görüşdə "AzerGold" QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov bildirib ki, dünyada müasir və innovativ keyfiyyətə nəzarət mexanizmlərinin mövcud olmasına baxmayaraq, hazırda yerli zərgərlik sənayesinin dəyər zənciri üzrə keyfiyyətə nəzarət sistemlərinin yoxluğu iqtisadi itkilərlə yanaşı, bir sıra sosial problemlərə gətirib çıxara bilər.

O bunu belə əsaslandırıb: “Bildiyiniz kimi, ötən ilədək bu nəzarət funksiyasının bir hissəsini Əyar Palatası icra edirdi,  hazırda isə bu istiqamətdə vahid nəzarət mexanizmi yoxdur və bu fonda tədarükçülərin və alıcıların hüquqlarının pozulması riskləri artmaqdadır. Bütün bunlar nəzərə alınmaqla, qeyd etmək istəyirəm ki, bazar iştirakçılarının dünya birjalarına uyğun qiymətə dayanıqlı xammalla təchiz edilməsi həm bazarda şəffaflığın təminatına, həm də ixrac potensialının artırılmasına dəstək ola bilər. Eyni zamanda, bu sahədə çalışan həm idxalçılar, həm yerli istehsalatçılar üçün təşviq mexanizmlərinin və maliyyə alətlərinin əlçatanlığının təmin edilməsi, ümumilikdə bazarın daha da şəffaflaşmasına xidmət edə, ölkə iqtisadiyyatında zərgərlik sektorunun rolunu artıra bilər”.

Müəllif: Elmir Murad