Azərbaycanda kənd təsərrüfatı sığortasının vahid mərkəzləşdirilmiş sistemi yaradılacaq

12:48 - 28.12.2017


28 dekabr, Fineko/abc.az. Azərbaycanın “Azərbaycan Sənaye Sığorta” sığorta şirkəti gələn il üçün planlarını müəyyən etdi. 

“Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədri Kamran Babayev  Fineko/abc.az İnformasiya Agentliyinə bildirib ki, gələn il, kənd təsərrüfatı sığortası üzrə mərkəzləşdirilmiş yeni sistemin yaradılması və sığorta haqlarının 50% dövlət tərəfindən qarşılanması nəticəsində şirkət müsbət tendensiyalar gözləyir. 

“Həmçinin, ölkənin sığorta bazarında, məlumat təhlükəsizliyinin qorunması məqsədilə sığorta şirkətlərində “penetration test” yoxlamasının ildə bir dəfə məcburi olması vacibdir”, - deyə K.Babayev bildirdi.

“Azərbaycan Sənaye Sığorta”ya gəldikdə o bildirib ki, 2018-ci ildə şirkətin əsas hədəfi  tibbi və kənd təsərrüfatı sığortası üzrə portfelə yönəldilib.

 

 

Bütün xəbərlər