Azərbaycanda qızıl istehsalı kəskin artıb – 63 faiz

15:03 - 18.02.2020


18 fevral, Fineko/abc.az.  Azərbaycanda qızıl və gümüş istehsalı kəskin artıb.

ABC.AZ Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki,  2020-ci ilin yanvar ayında Azərbaycanda 404,9 kq qızıl, 540,4 kq gümüş istehsal edilib. Bu isə o deməkdir ki, 2020-ci ilin yanvar ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 63%, gümüş istehsalı 2,6 dəfə artıb.

 

Bütün xəbərlər