330x110
 

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti qeyri-şəfafdır - Ekspert

18.02.2020,16:12


18 fevral, Fineko/abc.az. Ləvğ edilmiş “Bank Standard”-da əmanətləri olanların pullarının qaytarılmaması məsələsində hansısa oyunlar gedir.

Bunu bank sektoru üzrə ekspert Əkrəm Həsənov ABC.AZ-a “Bank Standard”-ın müştərilərə əmanətlərini qaytarması prosesinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, əmanətçilərin pulu ona görə ödənmir ki, bank tərəfindən verilmiş kreditlər geri qaytarılmır. Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti tamamilə qeyri şəfafdır deyən Ə.Həsənov bunu belə əsaslandırıb: “Burada söhbət təxmini 800 milyon manata yaxın kreditlərdən gedir. Onun da 90%-i 100 nəfərə verilib. Əmanətlərin Sığortalanması Fondu isə iri kreditlərin qaytarlması ilə məşğul olmur, gedib xırda kreditlərin qaytarlmasına çalışır. Çünki bu iri kreditlərin arxasında kifayət qədər nüfuzlu adamlar durub. Onlardan da pulu tələb etmək istəmir. Onların adlarını da açıqlamır. Nə məhkəməyə vermir, nə adlarını açıqlamır və hansısa burda pərdəarxaslı oyunlar gedir. Həmin borcların silinməsi ancaq ehtimaldır. Mən özüm də dəfələrlə tələb etmişəm ki, deyin görək pulları, krediti kimlərə vermisiz. Amma gizlədirlər, demirlər. Əksinə Fond bəzi borcları da bağışlamaqla məşğuldur. Bunu da gizlətmir. Səbəbini bilmirəm, amma borclar azalmağa doğru gedir. Pul qayıtmadığı təqdirdə bəzən Fond qanunsuz əvəzləşdirməyə də gedir”.

Müəllif: Elmir Murad