330x110
 

Bakı Nəqliyyat Agentliyi Bakıya hər il 300 avtobus gətirəcək - Vüsal Kərimli

18.02.2020,16:36


18 fevral, Fineko/abc.az. Ötən il Bakı şəhərində fəaliyyət göstərən 2200 avtobusla 801 milyon sərnişin daşınıb.

ABC.AZ xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli prezident İlham Əliyevlə görüşdə deyib.

V.Kərimli bidlirib ki, ümumi daşıyıcıların sayı 65-dən 37-yə endirilib. Onun sözlərinə görə, iki avtobusu olan şəxslər var idi ki, onlar da fəaliyyət göstərmək istəyirdilər: “Aydın məsələdir ki, onlar insanların rahatlığı üçün deyil, öz maraqları naminə fəaliyyət göstərirdilər. Biz onların sayını müəyyən tələblər əsasında 65-dən 37-yə endirdik. Ümumilikdə, beş il ərzində 855 avtobus yenilənib. Bunlardan 600-ü Sizin tapşırığınızla xarici ölkələrdən gətirilib. Daşıyıcılar tərəfindən də Bakı Nəqliyyat Agentliyinin tələbləri əsasında 295 müasir avtobus gətirilib. Ümumilikdə bu günədək avtobus parkı 40 faizə yaxın yenilənib. Sizin tapşırığınıza əsasən hər il 300 avtobus gətirilməklə yaxın üç ildə parkın yenilənməsini 100 faizə çatdırmağı planlaşdırırıq”.

Müəllif: Elmir Murad