Bakıda şəhərətrafı kəndlərin su təchizatı sisteminin yaxşılaşdırılması üçün əlavə 3,73 milyon manat ayrılıb

13:01 - 28.12.2017


28 dekabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Bakının şəhərətrafı qəsəbələrində su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması layihələrinin davam etdirilməsi üçün vəsait ayrılıb.

Dövlət başçısının sərəncamına əsasən,  Bakı şəhəri Sabunçu rayonunun Sabunçu, Maştağa və Suraxanı rayonunun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına “Azərsu” ASC-nə 3,73 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə, nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə edilib.

 

 

Bütün xəbərlər