Ölkədə sement istehsalı azalıb

09:54 - 19.02.2020


19 fevral, Fineko/abc.az.  2020-ci ilin yanvar ayında Azərbaycanda sementin istehsalı 24 faiz azalıb.

ABC.AZ Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə 191,9 min ton sement istehsal edilib. Bu da əvvəlki ilin müvafiq ayına nisbətən 24% az deməkdir.

Qeyd edək ki, 2018-ci illə müqayisədə 2019-cu ildə Azərbaycanda sement istehsalı 1,4% azalaraq 3 milyon 396 min tona düşmüşdü.

 

Bütün xəbərlər