Bu günkü ticarətdə neftin qiyməti yüksəlir, “Azeri Light” $1 ucuzlaşıb

10:11 - 19.02.2020


19 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri, çərşənbə günü ticarətində artır.

Fevralın 18-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in aprel fyuçersi  $0,08 (0,14%) artıb bir barelə $57,75 təşkil etmişdir. “Brenti”in aprelin fyuçers qiyməti saat 9:30-da $0,49 (0,85%) bahalaşıb bir barelə $58,24 təşkil etmişdir.

Fevralın 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersi  dəyişmədi və günü bir barelə $52,05 qiyməti ilə başa vurdu. Mart ayı üzrə fyuçers qiyməti  çərşənbə günü saat 9:30-da $0,49 (0,94%) artıb bir barelə $52,54 təşkil etmişdir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $1 (1,63%) azalıb bir barelə $60,26 təşkil edib.

 

 

Bütün xəbərlər