Əmanətlərin Sığortalanması Fondu “Dəmir Bank” ASC-nin ləğvedicisi təyin edildi

13:13 - 28.12.2017


28 dekabr, Fineko/abc.az.  Azərbaycanın  Əmanətlərin Sığortalanması Fondu (AƏSF) “Dəmir Bank” ASC-nin ləğvedicisi təyin edilib.

Fondun məlumatında deyildiyi kimi, “Dəmir Bank” ASC-nin müflis olması və bankın iflas proseduruna başlanması haqqında elan edən Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarı ilə,  AƏSF ləğvedici təyin edildi.

Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası bankın kapitallaşma səviyyəsinə uyğun olmaması və müştərilər qarşısında öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən, onun lisenziyasının dekabrın 23-dən ləğv edilməsini elan etmişdir.

 

Bütün xəbərlər