“Bank Standard”-ın əmanətçilərin pullarını qaytarması şansı getdikcə azalır – Əkrəm Həsənov

11:51 - 19.02.2020


19 fevral, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondu kreditorlara yəni Bankda pulu qalanlara, o cümlədən əmanətçilərə real nəzarət imkanı yaratmır.

Bunu bank sektoru üzrə ekspert Əkrəm Həsənov ləğv edilmiş “Bank Standard”-ın əmanətçiləri ilə bank arasındakı mübahisəli məsələyə münasibət bildirərkən deyib.

Ekspert qeyd edib ki, proseslərin gedişatı onu göstərir ki, “Bank Standard”-da pulları qalmış əmanətçilərin vəsaitlərinin qaytarılması şansı günü-gündən azalır.

Ə.Həsənov pullarını qaytarmaq istəyən əmanətçilərə səslənib və onlara bir sıra tövsiyyələr verib: “Əmanətçilər nə etməlidir? Fəal olmalıdır. Fonddan tələb etməlidirlər ki, əmlakları tezliklə satsınlar. Orda borcu olanların Banka siyahsını versin, onlara qarşı tezliklə məhkəmə işlərinə başlasın. Məhkəmə işlərinində siyahı verilsin, əks halda bu pullar və təbii ki, borcların bağışlanması prosesi dayandırılsın. “Bank Standard”-da Mərkəzi Bankin 154 milyon manatı  qalıb. Onu hamıdan qabag qaytarmaq istəyir, bəlkə də artıq qaytarıb. Mən kreditorlar komitəsinin sədri olanda belə bir şey planda var idi. Sonra Sahibkarlığın İnkişafı Fondunun hardasa 30 milyonu var. Onu da növbədən kənar qaydada qaytarmaq istəyirdi. Yəni  dövlət qrumlarının pulunu növbədən kənar qaytarmaq istəyir. Məhz buna görə də əmanətçilərin başını qatır ki, onlar bu işə nəzarət etməsin. Təssüf ki, əmanətçilərin əksəriyətinin belə işləri anlamağa biliyi çatmır”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər