“Sumqayıt Kimya Sənaye Parkı”-na 807 milyon manatdan çox investisiya qoyulub – Ötən il

12:07 - 19.02.2020


19 fevral, Fineko/abc.az. “Sumqayıt Kimya Sənaye Parkı”da Almaniya texnologiyası əsasında ildə 8 milyon kvadratmetr müxtəlif çeşiddə şüşə lövhələr istehsalı zavodunun tikintisi davam etdirilir.

ABC.AZ xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə yerli və xarici investorların marağı artmaqdadır. Hazırda Parkda investisiyalarının həcmi 3 milyard dollar olan 21 rezident qeydiyyata alınıb. 16 müəssisə istehsal fəaliyyəti ilə məşğuldur. İstehsalat və tikinti-quraşdırma işlərində əksəriyyəti Sumqayıt şəhərinin və ətraf ərazilərin sakinləri olan 5 mindən çox işçi çalışır. Təkcə ötən il parka 807 milyon 500 min manat investisiya yatırılıb. Almaniya texnologiyası əsasında ildə 8 milyon kvadratmetr müxtəlif çeşiddə şüşə lövhələr istehsalı və “Azərxalça” ASC-nin ildə 370 ton iplik və 195 ton təmiz yun istehsal olunacaq Yun Əyirici-Boyaq fabrikinin tikintisi davam etdirilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər