330x110
 

KOBİA turizm sahəsindəki sahibkarlara dəstək verəcək – Planlar açıqlandı

19.02.2020,12:22


19 fevral, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) futbol üzrə 2020-ci il Avropa çempionatında sahibkarlara dəstək göstərməyi planlaşdırıb.

ABC.AZ xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Avro 2020: KOB üçün perspektivlər” adlı tədbirdə deyib.

O. Məmmədovun sözlərinə görə, turnirin keçirildiyi müddətdə turizm sahəsi aktiv fəaliyyət göstərəcək və bununla əlaqədar olaraq kiçik və orta biznesin bu istiqamətdə fəaliyyətini genişləndirmək lazımdır. Azərbaycana Türkiyədən, eləcə də İsveçrə və Uelsdən qonaqların gələcəyini xatırladan sədr qeyd edib ki, çox böyük azarkeş və turist gələcək: “Bu yarış çərçivəsidə AFFA UEFA ilə birgə fan-zona açacaq. Bu fan-zonalar oyunların keçirilməsindən bir neçə gün əvvəl fəaliyyətə başlayacaq və mövsümün sonunadək fəaliyyət göstərəcək, KOBİA öz növbəsində kiçik və orta biznesin bu istiqamətdə zəruri dəstəyini təmin edəcək. Matçların keçiriləcəyi Bakı Olimpiya Stadionunun özündə kiçik və orta biznes təmsilçilərinin daimi fəaliyyəti üçün bütün şərait yaradılacaq”.

Müəllif: Elmir Murad