330x110
 

Bakı Şəhər İcra Hakimiyyəti tender keçirir

19.02.2020,14:07


19 fevral, Fineko/abc.az. Bakı Şəhər İcra Hakimiyyəti Məktəbəqədər Təhsil Müəsissələri və Uşaq Evləri İdarəsi üçün elektrotexniki avadanlıqlara texniki xidmət göstərilməsi,ehtiyat hissələrinin dəyişdirilməsi,yenisi ilə əvəz olunması və katriclərin dolumunun satınalınması üzrə açıq tender keçirir.

Tenderdə iştirak haqqı 200 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 11.03.2020 11:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 19.03.2020 15:50 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 27.03.2020 11:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs : Məmmədova Raya

Telefon: (994 12) 492-53-06