330x110
 

Naxçıvanda da nağdsız əməliyyatların həcmi artıb - 45 milyon manatdan çox olub

19.02.2020,15:41


19 fevral, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasında quraşdırılmış POS-terminalların sayı 575-i Naxçıvan şəhərində, 703-ü isə rayon və kənd mərkəzlərində olmaqla, 1278-ə çatdırılıb.

ABC.AZ Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-dekabr aylarında POS-terminal və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 45 milyon 550 min 608 manat təşkil edib.

Nəticədə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə, 10 milyon 457 min 258 manat artım qeydə alınıb. Nağdsız ödənişlərin 14 milyon 717 min 545 manatı POS-terminallar vasitəsilə, 30 milyon 833 min 63 manatı isə internet və digər ödəniş vasitələri üzərindən icra edilib.

31 dekabr 2019-cu il tarixə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 9 milyon 789 min manat, o cümlədən milli valyuta ilə 8 milyon 833 min, xarici valyuta ilə 956 min manat həcmində təşkil edib.

Müəllif:Elmir Murad