Prezidentə ən çox şikayət edən vətəndaşların adları - Siyahı

15:43 - 19.02.2020


19 fevral, Fineko/abc.az. Prezident Administrasiyasına ən çox şikayət edən vətəndaşların siyahısı açıqlanıb.

ABC.AZ xəbər verir ki, sözügedən siyahı haqda Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov rəsmi mətbuatda dərc edilmiş məqaləsində qeyd edib.

O məqaləsində qeyd edib ki, Prezident Administrasiyasına çoxsaylı müraciət göndərən və özünü hüquq müdafiəçisi hesab edən Yaşar Ağazadə təkcə 2019-cu ildə Prezident Administrasiyasına 300-dən çox müraciət göndərib.

Prezident Administrasiyasına müraciət edən müəlliflərin bir qisminin məsələlərinə dəfələrlə baxılıb müvafiq cavab verilsə də, onlar hər il israrla çoxsaylı müraciətlər göndərməkdədirlər. S. İsmayılovun sözlərinə görə, Administrasiyaya illərdən bəri müxtəlif mövzularda çoxsaylı müraciətlər daxil olur. Şikayət edənlərin bir hissəsini bölgələr və adları ilə birgə təqdim edirik:

Ağdamdan Rasim Hüseynov, Səxavət İbayev, Bərdədən Zahid Mikayılov, Biləsuvardan Tacəddin Əliyev, Binəqədidən Roza Hümbətova, Zərbani Ağayeva, Füzulidən Ceyhunə Quliyeva, Goranboydan Qinyaz Süleymanov, Göygöldən Nübar Qafarova, Laçından Xanlar Tarverdiyev, Lənkərandan Nazim Məmmədov.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər