Azərbaycanın ticarət əməliyyatlarının həcmi artıb – Dövlət Komitəsi

16:56 - 19.02.2020


19 fevral, Fineko/abc.az. 2020-ci ilin yanvar ayında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 2 milyard 851 milyon 118 min ABŞ dolları olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, idxal əməliyyatları 720 milyon 912 min dollar, ixrac əməliyyatları 2 milyard 130 milyon 205 min dollar təşkil edib. Bununla da ötən ayda saldo müsbət 1 milyard 409 milyon 292 min dollar olub.

Qeyd edək ki, 2019-cu ilin yanvar ayında Azərbaycanın ticarət əməliyyatlarının həcmi  2 milyard 302 milyon 364 min dollar, o cümlədən idxal 1 milyard 22 milyon 719 min dollar, ixrac 1 milyard  279 milyon 644 min dollar, saldo müsbət 256 milyon 925 min dollar təşkil etmişdi.

 

Bütün xəbərlər