Vergi ödəyiciləri bəyannaməni hər rüb üçün ayrı-ayrılıqda təqdim etməlidir – Yeni qaydalar

17:09 - 19.02.2020


19 fevral, Fineko/abc.az. Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən, bəyannamələrin tərtibi ilə bağlı yeni qaydalar müəyyənləşib.

ABC.AZ xəbər verir ki, aprelin 1-dən qüvvəyə minəcək yeni qaydalarla bağlı Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində, Bəyannamə Tərtibatı Proqramında müvafiq dəyişikliklər olunacaq.

Belə ki, "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsini Azərbaycan Respublikası ərazisində muzdlu işlə əlaqədar ödənilən gəlirdən ödəmə mənbəyində gəlir vergisini tutan şəxslər, eləcə də digər qanunvericilik aktları əsasında məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər, icbari tibbi sığorta üzrə sığorta haqqının ödəyicisi sayılan sığortalılar tərtib edib vergi orqanına təqdim etməlidirlər. Həmçinin vergi ödəyiciləri uçotda olduqları vergi orqanına bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda təqdim etməlidirlər.

Qeyd edək ki, aprel, iyul, oktyabr və yanvar aylarının 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır.

 

Bütün xəbərlər