FAO Azərbaycanda arıçılıq inkişafının dəstəklənməsi üzrə layihənin dəyərini üç dəfə artırdı

28.12.2017,13:32


28 dekabr, Fineko/abc.az. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yeni layihənin icrasına başlamağı planlaşdırır.

FAO-nun Azərbaycan ofisinin rəhbəri Mələk Çakmakın sözlərinə əsasən, yeni layihə, Azərbaycanda arıçılıq inkişafının dəstəklənməsi üzrə layihənin davamı olacaq.

“Beynəlxalq ekspertlərin fikrincə, ən yaxşı arı cinsi və ən yaxşı bal Azərbaycandadır. Biz də bu məhsulun dünya bazarına çıxarılmasına dəstək verməyə çalışırıq”, - deyə M.Çakmak bildirib.

Onun sözlərinə görə, yeni layihənin dəyəri 800 min dollar təşkil edir, əvvəlki layihənin dəyəri isə 200 min dollar olmuşdur.

 

Açar sözlər: FAO arıçılıq