“Azərişıq” gücləndirilmiş iş rejiminə keçir

13:37 - 28.12.2017


28 dekabr, Fineko/abc.az.  “Azərişıq” ASC bayram günlərində  gücləndirilmiş iş rejimində çalışacaq.

ASC-nin məlumatında deyildiyi kimi, bayramlarla əlaqədar gücləndirilmiş iş qrafiki dekabrın 31-dən yanvarın 3-nə qədər tətbiq ediləcək.

“Bayram və qeyri-iş günlərində ASC, enerji istehlakçılarının və bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə bir sıra texniki və təşkilatı tədbirlər  görəcək”, - “Azərişıq” ASC-nin məlumatında belə deyilir.

 

Bütün xəbərlər