Mərkəzi Bank 30 milyonluq hərrac keçirəcək

09:57 - 20.02.2020


20 fevral, Fineko/abc.az. Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

ABC.AZ Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, hərrac fevral 21-də olacaq. Hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 12:30-dək təşkil olunacaq. Hərraca çıxarılan həcm 30 000 000 AZN,  notun nominal dəyəri 100 АZN, notların tədavül müddəti 252 gün, ödəmə tarixi 02.11.2020-ci ildir.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq olmamalıdır. Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçiriləcək. Təqdim olunan sifarişlər üzrə qiymət diapazonu məhdudiyyəti tətbiq olunmur.

Qeyd edək ki, Mərkəzi Bankın qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

 

 

Bütün xəbərlər