Bu avtobus da kart sisteminə keçir

12:21 - 20.02.2020


20 fevral, Fineko/abc.az. Bakıda daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqı kartla ödəniləcək.

ABC.AZ Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, fevralın 24-dən “37 nömrəli” marşrut xətti üzrə hərəkət edən avtobuslarda ödəniş “BakıKart” vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, iş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək. Eyni zamanda nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər