Azərbaycanın regionlarında otel tikənlərə güzəştlər olacaq – Artıq təkliflər müzakirə olunur

12:33 - 20.02.2020


20 fevral, Fineko/abc.az. Dövlət Turizm Agentliyi regioanlarda orta və az büdcəli otellərin inşa edilməsini dəstəkləyir.

Bunu ABC.AZ-a Agentliyin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, burada söhbət daha çox 3 ulduzlu otellərdən gedir. K.Quluzadə artıq bununla bağlı təkliflərin də hazırlandığını bildirib: “Bunun üçün paket şəkilində təkliflər hazırlanıb və digər strukturlarla müzakirə edilir. Burada investorlar üçün daha əlverişli şərait yaradılması məsələsi əksini tapıb. Yəni ki, investorlara həm vergi güzəştləri, həm kreditləşmədə güzəştlərin olması məsələsi bu müzakirə olunur. Hazırda Azərbaycanda 649 otel fəaliyyət göstərir. Ondan 44-ü ötən il açılıb. Onun 32-i Bakıda, 12-i regioanlarda fəaliyyətə başlayıb. Otellər də, hostellər də əlbəttə ki, tikiləcək, yəni bu proses davam edir”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər