Mərkəzi Bank bu qərara dəyişikliyi təsdiq etdi - Tələb aradan qalxdı

14:26 - 20.02.2020


20 fevral, Fineko/abc.az. Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə fevralın 20-də “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər təsdiq olunub.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olmuş məlumata görə, dəyişikliklərə əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 gündən ən geci 2  il müddətinə qədər uzadılmışdır.

Eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.

 Qərar son illər ölkənin tədiyə balansı göstəricilərində müşahidə edilən yaxşılaşma prosesləri, gömrük nəzarətinin, bütövlükdə valyuta nəzarətinin gücləndirilməsi istiqamətində aparılan islahatların müsbət nəticələri nəzərə alınmaqla qəbul edilib.

Belə ki, hazırda tədiyəbalansının cari əməliyyatlar hesabının profisitinin ümumi daxili məhsula nisbəti ikirəqəmli ədədlərlə ölçülür.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər