Dünya Bankı İİTKM -də təlim keçirdi

14:58 - 28.12.2017


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Strateji Yol Xəritələrinin monitorinqi və qiymətləndirilməsinin dəstəklənməsi üzrə təlimlər yekunlaşıb.

Təlimi Dünya Bankının dövlət sektoru üzrə mütəxəssis və tapşırıq qrupunun rəhbəri Yelena Gergieva-Andonovska, monitorinq və qiymətləndirmə üzrə məsləhətçi Anet Rixter, proqram üzrə köməkçi Nigar Sadıqova keçiriblər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dünya Bankına müraciəti əsasında təşkil olunan təlimdə Mərkəzin bütün departamentinin əməkdaşları beynəlxalq təcrübəni bölüşüblər. Təlimdə xüsusilə qeyd olunub ki, monitorinq və qiymətləndirmə strateji idarəetmənin mühüm tərkib hissədir.

İİTKM-in tətbiq etdiyi təkmil monitorinq və qiymətləndirmə hesabatlılıq və şəffaflığın artırılması, həmçinin açıq hökümət prinsipinin tətbiqi nöqteyi-nəzərindən əhəmiyyətlidir.

 

Bütün xəbərlər