Silikon Vadisində Azərbaycan İnnovasiyalar Evi açılıb

14:46 - 20.02.2020


20 fevral, Fineko/abc.az.  Amerika Birləşmiş Ştatlarının (ABŞ) Silikon Vadisində Azərbaycan İnnovasiyalar Evinin açılışı olub.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, İnnovasiyalar Evi Agentliyin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən yaradılıb. Stanford Universitetində keçirilən açılışda 100-ə yaxın azərbaycanlı iştirak edib.

Tədbirdə Agentliyinin sədr müavini Ceyhun Salmanov Azərbaycan İnnovasiyalar Evinin açılmasının ölkəmizdə innovasiyalar sahəsində həyata keçirilən işlərin məntiqi davamı olduğunu vurğulayıb.

Mərasimdə şirkət nümayəndələri, startapçılar və Standford Universitetinin professorları da çıxış edərək layihənin əhəmiyyəti haqqında danışıblar. Həmçinin “Azərbaycan İnnovasiyalar Evinin Azərbaycan innovasiya ekosisteminə töhfəsi”, ““ASAN xidmət” və onun innovasiya ekosistemindəki rolu”, “Regiondakı ekosistem göstəriciləri” və digər mövzular müzakirə olunub.

Bütün xəbərlər