330x110
 

ABŞ-da azərbaycanlılar “Tech Diaspora˝ forumu keçirib

20.02.2020,15:22


20 fevral, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi ABŞ-da Azərbaycan İnnovasiyalar Evi açılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, mərasim çərçivəsində həmçinin xaricdə yaşayan həmyerlilərimizin təşəbbüsü və ˝INNOLAND˝ın dəstəyi ilə yaradılan ˝Tech Diaspora˝nın birinci forumu da keçirilib.

 ˝Tech Diaspora˝nın yaradılmasının əsas hədəfləri Azərbaycanda startapekosisteminin inkişafı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı startap ekosistem oyunçularının, innovativ texnologiyalar sahəsində fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında əlaqələrin və birgə fəaliyyətin təmin olunmasıdır.

Qeyd edək ki, Azərbaycan İnnovasiyalar Evi SOCAR-ın maliyyə dəstəyi ilə yaradılıb.