Rusiyadan gətirilən bu məhsullara qadağa qoyuldu – AQTA hərəkətə keçdi

16:44 - 20.02.2020


20 fevral, Fineko/abc.az. AQTA ölkəyə gətirilən bəzi bioloji fəallığa malik qida əlavələrində mineral maddə və vitaminlərin miqdarının dəfələrlə aşağı olduğunu aşkarlayıb.

 ABC.AZ Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, İdxal olunan bioloji fəallığa malik qida əlavələrində məhsulların tərkib göstəricilərinin etiket məlumatlarına uyğun olmadığı aşkar edilib.

 Belə ki,  Rusiyadan idxal olunmuş “Siberian Super Natural Sport” Mega Essentials / “Siberian Super Natural Sport” Meqavitaminlərdə, “Vertex plus”, “Supradin Coenzim Q10, Türkiyə Cümhuriyyətindən idxal olunmuş “Mikroflorid” və “Gamino Forte”, “El Prodep”, “Chonzamin” və “Parametabol, şərbət”, “Optimin”, “Lipadrom” adlı bioloji fəallığa malik qida əlavələrində müxtəlif mineral maddələrin və vitaminlərin miqdarı qablaşdırma üzərində və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəyində göstərilən miqdarlardan dəfələrlə aşağı olduğu aşkarlanıb.

Bununla da istehlakçıların aldadılması hallarının baş verməsinin qarşısının alınması məqsədilə həmin qida əlavələrinin satış şəbəkələrinə daxil olunmasının qarşısı alınıb və ölkə ərazisində istifadəsi qadağan edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər