330x110
 

Azərbaycan Taylanda qurudulmuş xurma ixrac edəcək - Müqavilə imzalanıb

21.02.2020,09:51


21 fevral, Fineko/abc.az. Azərbaycan istehsalı məhsullar Moskvada keçirilən “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisində nümayiş olunub.

ABC.AZ Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən xəbər verir ki, sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilələr bağlayıblar.

Belə ki, “Balxurma” şirkəti qurudulmuş xurma məhsullarının Taylanda ixracına dair müqavilə imzalayıb.

Bundan başqa, Göygöl Şərab Zavodu şərab və brendinin Litvaya, “Tac-Gülüstan” şirkəti mineral su və limonad məhsullarının Yaponiyaya ixracına, “Az-Granata” şirkəti Rusiyada spirtli içkilərin idxalı ilə məşğul olan şirkətlə distribüterlik müqaviləsinin bağlanmasına dair razılıq əldə edib.