330x110
 

SOCAR-ın dövlət büdcəsinə ödədiyi vəsaitin həcmi açıqlanıb – 1,5 milyard manatdan çoxdur

21.02.2020,10:21


21 fevral, Fineko/abc.az. SOCAR 2019-cu il ərzində dövlət büdcəsinə 1,62 milyard manat vəsait ödəyib.

ABC.AZ xəbər verir ki, bu barədə qurumun açıqladığı hesabatda qeyd olunub. Hesabata əsasən, şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən təqribən 1% artıb.

2019-cu ildə şirkətin büdcəyə ümumi ödənişlərində aşağıdakı vergilər əsas paya malikdir: aksiz vergisi 28%, əlavə dəyər vergisi 18%, mənfəət vergisi 16%, ixrac vergisi 10%, mədən vergisi 8%, gəlir vergisi 5%, əmlak vergisi, torpaq vergisi, yol vergisi, mənbədən vergi də daxil olmaqla digər vergi və ödənişlər ümumi ödənişlərin 15%-ni təşkil edib.

Qeyd edək ki, SOCAR, həmçinin, hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna 173,6 milyon manat vəsait ödəyib.

Müəllif: Elmir Murad