Daha bir böyük həcmli hərrac keçiriləcək – 25 milyon manatlıq

10:34 - 21.02.2020


21 fevral, Fineko/abc.az. Fevralın 25-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. Hərracda qiymətli kağızın ISIN kodu AZ0106004788, emissiya həcmi 25 000 000 AZN, nominal dəyəri 100 AZN, istiqrazların tədavül müddəti 1092  gün, faiz gəliri 7.5 %, ödəmə tarixi 21.02.2023, anderrayter Paşa Kapital İŞ

QSC-dir. Qeyd edək ki, hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

 

 

Bütün xəbərlər