“2017-ci il Azərbaycanda Çin istehsalı olan avtomobillərin ili oldu” - EKSPERT

15:36 - 28.12.2017


28 dekabr, Fineko/abc.az. 2017-ci ildə  ölkənin avtomobil bazarında, dilerlərin satışında artım oldu.

Əmlak üzrə ekspert Vaqif Hüseynov bildirib ki, cari ildə, ikinci əl avtomobil bazarı ilə yanaşı, yeni avtomobillərin də satışlarında artım müşahidə edilib, halbuki  2016-cı ildə avto kreditlərin dayandırılması yeni avtomobillərin satışında ciddi problem yaratmışdır.

“Lakin 2017-ci ildə rəsmi dilerin satışları artıb, bu isə taksi bazarında ciddi dirçəlmə ilə bağlı olmuşdur”, - bunu ekspert bildirdi.

Onun sözlərinə görə, 2017-ci il Çin istehsalı olan avtomobillərin ili oldu, bu isə onların ucuzluğu və taksi sürücüləri üçün yeniliyi ilə bağlıdır.

 

 

Bütün xəbərlər