Azercell hesabat verdi – Bugünədək 2 milyard manata yaxın büdcəyə ödəniş edib

12:22 - 21.02.2020


21 fevral, Fineko/abc.az. Azercell fəaliyyətə başlayandan indiyənə kimi dövlət büdcəsinə  1 milyard 845 milyon manat pul ödəyib.

ABC.AZ xəbər verir ki, bunu şirkət rəhbəri Vahid Mürsəliyev hesabat konfransında bildirib.

O qeyd edib ki, 2019-cu ildə həyata keçiriıən ən böyük layihələrdən biri 4 G texnologiyasının tətbiqi olub. Onun sözlərinə görə, il boyu ölkə ərazisində 1217 yeni 4G stansiyaları quraşdırılıb və bu çox böyük zəhmət və maliyyə tələb edən iş idi. V. Mürsəliyev bildirib ki, buna baxmayaraq şirkət müştəri məmnuniyyəti üçün bu işi müvəffəqiyyətlə başa vurub. Bununla yanaşı rəqmsallaşma erasına daha da daxil olmaq üçün Qafqazda 5 G texnologiyasını da Azərbayacana gətirdik: "5 G texnologiyası qənaətcil bir platformadır. Noyabr ayından biz 5 G texnologiyalarını Azərbaycanda pulsuz elədik. 5G texnologiyasını Azərbaycana gətirmək bizim nüfuzumuzu daja da artırdı. 5G texnologiyasını zaman gələcək məhz bizim vasitəmizlə bütün Azərbaycanda tətbiq olunacaq".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər