330x110
 

Vahid Mürsəliyev : Abunəçilərin məlumatlarının məxfiliyi bizim üçün çox mühüm məsələdir

21.02.2020,13:27


21 fevral, Fineko/abc.az. Abunəçinin məlumatlarının məxfiliyi bizim üçün çox mühüm, bir nömrəli vəzifədir.

ABC.AZ xəbər verir ki, bunu Azercell Telekomun  prezidenti Vahid Mürsəliyev şirkətin illik hesabatına həsr olunmuş konfransda bildirib.

O qeyd edib ki, şirkət bu məqsədlə informasiya təhlükəsizliyi sahəsində Beynəlxalq İSO sertifikatı da alıb: "Abunəçilərin məlumatlarının məxfiliyi çox ciddi, bizim üçün çox mühüm məsələdir və bu vəzifəni həmişə yüksək səviyyyədə yerinə yetirmişik".

 

Müəllif: Elmir Murad

Açar sözlər: Azercell