330x110
 

Mərkəzi Bank: Yaxın zamanlarda “Ani ödənişlər sistemi” istifadəyə veriləcək

21.02.2020,16:29


21 fevral, Fineko/abc.az. “Ani ödənişlər sistemi”nin ilkin mərhələsi iyunda istismara veriləcək.

ABC.AZ Mərkəzi Bank istinadən xəbər verir ki, bankın “Ani ödənişlər sistemi” bölməsinin və layihəsinin rəhbəri Emil Abbasov deyib ki, 7/24/365 rejimli “Ani ödənişlər sistemi”nin ilkin mərhələsi bu ilin iyununda, tam mərhələ isə ilin sonunadək istifadəyə veriləcək.

Onun sözlərinə görə, “Ani ödənişlər sistemi” mövcud ödəniş ekosistemi ilə tam inteqrasiya edilmiş formada yaradılacaq: “Hökumət ödəniş portalı ilə inteqrasiya nəticəsində portalda mövcud olan 550-dən çox xidmət növü üzrə ödənişləri real rejimdə həyata keçirmək mümkün olacaq. Bu xidmət növlərinə vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin toplanması, kütləvi xidmət müəssisələri üzrə ödənişlər və sair daxildir. Sistemə inteqrasiya ediləcək digər qurum isə banklar olacaq. Banklar öz daxili sistemlərini “iOS”un tələbləri əsasında inkişaf etdirərək müştərilərə 724 rejimində işləmək imkanı verəcək. Sistemin əsas özəlliyi ondan ibarətdir ki, burada üçüncü tərəf ödənişləri inisasiya edilə biləcək. Üçüncü tərəflərə sistemin portalı da daxildir”.

Müəllif: Elmir Murad