330x110
 

Azərbaycanda istixanaların sayı artıb – Ötən il

24.02.2020,10:32


24 fevral, Fineko/abc.az. Ötən il Azərbaycanda istixanların sayı 109 ədəd artıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ildə Azərbaycanda ümumi sahəsi 1,3 min hektar olan 3019 istixana fəaliyyət göstərib. Müqayisə üçün qeyd edək ki,

2018-ci ilin sonunda ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2 min 910 istixana fəaliyyət göstərirdi.

2019-cu ildə istixanalarda 216 min 586 ton pomidor, 16 min 685,8 ton xiyar, 5 min 439,1 ton badımcan, 269 ton bibər, 69,3 ton soğan, 5,4 ton lobya, 4 ton kələm, 1,7 ton sarımsaq, 574,4 ton göbələk və 69,2 ton çiyələk istehsal olunub.

Ölkənin digər rayonlarına nisbətən Abşeron, Şəmkir, Xəzər, Salyan, Samux, Sabunçu, Tovuz, Masallı və Sabirabad rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib.

Müəllif: Elmir Murad