Belarus, Azərbaycanın “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” layihələrinə qoşulmaq niyyətindədir

16:00 - 28.12.2017


28 dekabr, Fineko/abc.az.  Azərbaycan və Belarus, Belarusun dəmir yolu xəttinin "Şimal-Cənub" layihəsinə qoşulması ilə əlaqədar bir sıra danışıqlar aparıb.

Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib ki,  ölkə həmçinin “Bakı-Tbilisi-Qars”  dəmir yoluna qoşulmaqda maraqlıdır.

"Azərbaycan ciddi haba çevrilir. Avropa istiqamətində hab olan Belarus da bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Böyük nəqliyyat yolu - Böyük İpək Yolu vasitəsilə Belarusdan üç min konteyner qatarı keçib, gələn il bu sayı 1,5 dəfə artırmaq nəzərdə tutulub”, - bunu səfir deyib.

Onun sözlərinə görə, Belarus öz məhsullarını İrana Xəzər dənizi vasitəsilə çatdırır, lakin "Şimal-Cənub" layihəsinə qoşulmaqla çatdırmaları dəmir yolu vasitəsilə də həyata keçirmək mümkün olacaq.

 

Bütün xəbərlər