"Bakı Metropoliteni" üçün elektrik stansiyası bu tarixdə tikiləcək - Açıqlama

11:21 - 24.02.2020


24 fevral, Fineko/abc.az. "Nizami" metrostanisyasının yaxınlığında "Bakı Metropoliteni" QSC üçün nəzərdə tutulmuş elektrik yarımstansiyanın inşasına bu il başlanacaq.

Bunu ABC.AZ-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, sözügedən elektrik yarımstansiyası işlərinin aparılması Nazirlər Kabinetinin qərarı ilə olan prosedurdur və hazırda həmin ərziyə düşən bir neçə yaşayış sahəsinin qiymətləndirilməsi gedir.

“Bu proses qanunvericiliyə uyğun ardıcıl aparılacaq. Layihə işləri də 2020-ci il yerinə yetiriləcək. Daha sonra elektrik stansiyasının inşası başlanacaq” deyə qurum rəsmisi deyib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər