2018-ci ildə Bakı metrosunun daha bir stansiyası təmirə bağlanacaq

16:14 - 28.12.2017


28 dekabr, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC,  metronun “Sahil” stansiyasının bağlanılmasından sonra, növbəti stansiyanın əsaslı təmirə bağlanılmasına hazırlaşır.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, 2018-ci ildə “Xətai” stansiyasının təmirə bağlanılması  planlaşdırılır. 

“Xətai” metro stansiyası 1968-ci ildə istifadəyə verilib. Buradakı eskalatorlar da 1968-ci ildə quraşdırılıb. Gələn il həmin eskalatorlar 50 illik istismar müddətini başa vuracaq, bu səbəbdən, 2018-ci ildə “Xətai” stansiyası təmirə bağlanacaq”, - deyə N.Paşayev bildirib.

Onun sözlərinə görə, təmir işlərinə, “Sahil” stansiyası yayda istifadəyə verildikdən sonra başlanılması nəzərdə tutulur.

 

 

Bütün xəbərlər