330x110
 

AMB depozit hərracında 100 mln. manat cəlb edib

24.02.2020,12:56


24 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün depozit hərracında 100 mln. manat cəlb edib.

“AMB fevralın 24-də növbəti depozit hərracı keçirib və bu hərracda 100 mln. manat cəlb edib.  Hərrac zamanı tələb 602,9 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.    

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.      

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.